Dünya

COVID-19 insan orqanizmində 7 ay qala bilər

Koronavirus bədənin əksər orqanlarına, xüsusən də ürəyə və beyinə daxil olur və orada yeddi aydan çox qala bilir.

Trend-in məlumatına görə, bu barədə ABŞ Milli Səhiyyə İnstitutunun (NIH) alimlərinin araşdırmalarının nəticələrində göstərilib.

Məlumata əsasən, mütəxəssislər COVID-19-dan ölən 44 şəxslərin cəsədlərindən nümunələri təhlil ediblər və “simptomların özünü göstərməyə başlayandan 230 günə qədər beynin bütün bölgələri də daxil olmaqla bir çox anatomik yerlərdə davamlı SARS-CoV-2 RNT” tapıblar.

Alimlər bildiriblər, koronavirus bədənin demək olar ki, bütün orqanlarında aşkar edilib və hətta yüngül simptomları olan xəstələrdə də geniş yayılıb. Eyni zamanda, tənəffüs yollarından kənarda ciddi iltihab müəyyən edilməyib.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button