İqtisadiyyat

COVID-19-dan sonra sektorun bərpası emissiyaların azalması yolu ilə gedəcək

Dünya aviaşirkətləri 2050-ci ilədəK karbon qazı (CO2) emissiyalarını sıfıra endirmək öhdəliyini üzərilərinə götürüb.
“APA-Economics”in Beynəlxalq Hava Nəqliyyatı Birliyinə (IATA) istinadən verdiyi məlumata görə, müvafiq qətnamə qlobal sərnişindaşımaların 82%-ni həyata keçirən 290 aviaşirkətin daxil olduğu IATA üzvləri tərəfindən təsdiq edilib.
“Dünya aviaşirkətləri uçuşların dayanıqlığına nail olmaq üçün vacib bir qərar qəbul ediblər. COVID-19-dan sonra sektorun bərpası emissiyaların azalması yolu ilə gedəcək”, – IATA-nın baş direktoru Villi Uolş bildirib.
Onun sözlərinə görə, aviaşirkətlərin kollektiv səyləri və dövlətlər tərəfindən həyata keçirilən dəstək tədbirləri 2050-ci ilə qədər emissiyanı sıfıra endirməsini təmin etməlidir.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button