Dünya

CNN: Əfqanıstanda 350-dən çox ABŞ vətəndaşı qalır

Hazırda Əfqanıstanda ABŞ-ın 363 vətəndaşı qalır və onların təxminən yarısı ölkəni tərk etmək istəyir.
“Report” xəbər verir ki, bu barədə CNN telekanalı ABŞ Dövlət Departamentinə istinadən məlumat yayıb.
Dövlət Departamentinin məlumatına görə, 176 amerikalı Əfqanıstanı tərk etmək niyyətindədir.
Qeyd edək ki, 2021-ci ilin avqustunda ABŞ-ın 4,2 min nəfərdən çox vətəndaşı daxil olmaqla, təxminən 124 min nəfər Əfqanıstandan təxliyə olunub.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button