İqtisadiyyat

Çinin valyuta ehtiyatları sentyabrda 31 mlrd. dollar azalıb

Dünyada ən böyük valyuta ehtiyatlarına malik olan Çinin valyuta ehtiyatlarının həcmi sentyabr ayında 31 mlrd. ABŞ dolları azalaraq 3,232 trln. dollardan 3,201 trln. dollara enib.
“APA-Economics” xəbər verir ki, bu barədə Çin Xalq Bankının məlumatında deyilir.
“The Wall Street Journal” tərəfindən sorğu edilən mütəxəssislər ehtiyatların 3,190 trln. dollara düşəcəyini gözləyirdilər.
Ehtiyatların azalması həm ölkədən kapital axınının artması, həm də bir sıra valyutanın ABŞ dollarına nisbətdə zəifləməsi ilə əlaqədardır.
Dolların əsas dünya valyutaları səbətinə qarşı dəyəri avqust ayında 0,6% yüksəldinkdən sonra keçən ay 1,74% artıb. Amerika valyutasının yuana qarşı məzənnəsi 0,03% azalıb.
Çin Xalq Bankı xəbər verir ki, sentyabr ayında bankda qızıl ehtiyatları son bir ayda 113,69 mlrd. dollardan 109,18 mlrd. dollara enib.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button