Dünya

Çinin Braziliyadakı konsulluğuna bomba atılıb

Naməlum şəxs Çinin Braziliyanın Rio-de-Janeyro şəhərindəki Baş Konsulluğuna partlayıcı qurğu atıb.
Bu barədə “Report” “O Antagonista” nəşrinə istinadən xəbər verir.
Hadisə Çin diplomatik missiyasının müşahidə kameraları tərəfindən anbaan qeydə alınıb. Videoda da göründüyü kimi, qara paltarlı şəxs çantasından bir əşya götürərək binaya tərəf atır və qaçır.
Hadisə yerində hüquq-mühafizə orqanlarının əməkdaşları təhqiqat aparır. Partladılmış cihazın parçaları müayinə üçün götürülüb.
Xəsarət alanların olmadığı bildirilir, yalnız konsulluğun qapıları zədələnib.
Hücum edən şəxsin kimliyi hələ müəyyən edilməyib.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button