İqtisadiyyat

Çinin ən nəhəng 500 şirkətinin gəlirləri 14 trln. dollara yaxınlaşıb

Çin Müəssisələri Konfederasiyası şənbə günü ölkənin ən böyük 500 müəssisəsinin siyahısını açıqlayıb.
“APA-Economics”in konfederasiyaya istinadən verdiyi məlumata görə, siyahıda yer almış müəssisələrin əməliyyat gəlirləri keçən ilin eyni dövrü ilə müqayisədə 4,43% artaraq 89,83 trln. yuan (13,9 trln. ABŞ dolları) təşkil edib.
Sözügedən siyahının lideri Çinin Dövlət Elektrik Şəbəkəsi Korporasiyası olub. Korporasiyanın gəlirləri 2,667 trln. yuan (412,94 mlrd. dollar) təşkil edib. Çin Milli Neft Korporasiyası (CNPC) 1,959 trln. yuan (303,3 mlrd. dollar) gəlirlə ikinci olub. Üçüncü pilləyə Çinin neft-kimya nəhəngi “Sinopec” şirkəti (1,957 trln. yuan və ya 303,05 mlrd. dollar) layiq görülüb.
Konfederasiyanın məlumatına görə, belə bir artım dünyanın 500 ən böyük şirkətinin gəlirlərinin azalması fonunda (4,81%) müşahidə olunur.
Reytinqə görə, Çinin 500 ən böyük müəssisəsinin məcmu gəliri 7,75% artaraq 6 trln. yuanı (928 mlrd. dollar) keçib.
Çin Müəssisələr Konfederasiyası hər il 500 böyük milli şirkətin reytinqini dərc edir. Bu siyahı ölkənin inkişafındakı əsas tendensiyaları, beynəlxalq bazarlarda mövqeyini izləməyə imkan verir.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button