Mədəniyyət

“CinemaPlus”da nümayişinə başlanılan filmlərin siyahısı açıqlanıb

“CinemaPlus” kinoteatrlar şəbəkəsində nümayişinə başlanılan məşhur filmlərin siyahısı açıqlanıb.

“Report” xəbər verir ki, kinoteatrda fevralın 10-dan Aqata Kristinin Puaronun sərgüzəştlərindən bəhs edən eyniadlı kitabı əsasında şəkilən ABŞ istehsalı olan “Nildə ölüm” kriminal detektivi başlayır.

“Nildə ölüm” kriminal detektivi

Büdcəsi 7 920 000 dollar olan filmin rejissoru Kennet Brana, müddəti 140 dəqiqədir. Baş rollarını Qal Qadot, Armi Xammer və Rouz Leslinin oynadığı filmi 16 yaşdan yuxarı tamaşaçılar izləyə bilərlər.

Filmin süjetinə gəlincə, Kennet Brana yenidən məşhur detektiv Herkul Puaroya çevrilir, Aqata Kristinin belçikalı bir detektivin macəralarından bəhs edən başqa bir şah əsərini çəkir. Bu dəf, öz tətilini unudub müəmmalı qətli araşdırmaq ehtiyacı Nil boyunca lüks kruiz gəmisində istirahət edən Puaroya çatır.

“Ançarted: Xəritələrdə mövcud deyil” macəralı döyüş filmi

ABŞ istehsalı olan “Xəritələrdə mövcud deyil” macəralı döyüş filminin rejissoru Ruben Fləyşer, müddəti 130 dəqiqədir. Baş rollarını Tom Holland, Mark Uolber, Sofiya Ali və Antonio Banderasın oynadığı filmi 12 yaşdan yuxarı tamaşaçılar izləyə bilərlər.

Filmin süjetinə gəlincə, iki rəqib – Neytan Dreyk və Viktor “Salli” Sallivanın mütəffiqlərə çevrilib dünyanın ən böyük xəzinəsini tapmaq üçün axtarışa başlayırlar. Onlar birlikdə tarixin ən böyük sirlərindən birini açacaqlar. Film bütün zamanların ən çox satılan və bəyənilən kompüter oyunlarından birinə əsaslanır.

“Mənimlə evlən” komediya melodramı

ABŞ istehsalı olan “Mənimlə evlən” komediya melodramının rejissoru Ket Koyro, müddəti 125 dəqiqədir. Baş rollarını Cenifer Lopes, Ouen Uilson və Malumanın oynadığı filmi 12 yaşdan yuxarı tamaşaçılar izləyə bilərlər.

Filmin süjetinə gəlincə, məşhur müğənni toydan əvvəl nişanlısının onu aldatdığını öyrənir. Tam çaşqınlıq içində çıxışı zamanı ilk gördüyü kişidən, riyaziyyat müəllimindən onunla evlənməsini xahiş edir.

“Terrakota keşikçiləri” animasiya filmi

Çin istehsalı olan “Terrakota keşikçiləri” animasiya filminin rejissorları Din Lyan və Lin Yunçan, müddəti 120 dəqiqədir. Baş rolu Tan Syaonun oynadığı filmi 6 yaşdan yuxarı tamaşaçılar izləyə bilərlər.

Filmin süjetinə gəlincə, sehrli Terrakotanın keşikçiləri və Oniksin sehrli varlıqları uzun əsrlərdir ki, yeraltı dünyasında bir-biri ilə müharibə aparırlar. Gənc Maqnus Terrakota döyüşçüsü olmaq arzusundadır və bunun üçün Onikslərdən birini tutmalıdır. Maqnus sirli məxluqun axtarışına çıxır və Oniksi də axtaran gənc qız Ceyd ilə tanış olur. Qəhrəmanlar bir birilərinə aşiq olur və bədheybətlər işğalının əsl səbəbini tapmaq üçün birləşirlər…

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button