Mədəniyyət

CinemaPlus-da “Qış nağılı” filminin təqdimatı keçirilib

“Dəniz Mall” TM-də yerləşən “CinemaPlus” premium kinoteatrında “Cinemazadeh” studiyasının “Qış nağılı” Azərbaycan Yeni il komediyasının təqdimatı keçirilib.

Tədbirdə aktyorlar, filmin yaradıcı heyəti, qonaqlar və jurnalistlər iştirak ediblər.

Santa Klaus timsalında “Merry Band” peşəkar musiqi qrupu gecəyə xüsusi ab-hava bəxş edib.

Ekran işi Yeni il gecəsi eyni oteldə baş verən bir neçə hekayədən bəhs edir. Filmdə qəhrəmanlar hekayələr üzrə qruplaşdırılıb və hər hekayənin öz süjet xətti və baş qəhrəmanları var.

“Qış nağılı”nı yaşayan və yaşadan aktyor heyətində Murad Dadaşov, Əbdül Mahmud, Elməddin Cəfərov, Elcan Rəsulov, Oksana Rəsulova, Əlixan Rəcəbov, Taleh Yüzbəyov, Samirə Əfəndi, Kəmalə Piriyeva, İslam Mehrəliyev, Məcid Hüseynov, Səidə Quliyeva, Sənubər İsgəndərli, Oqtay Əliyev, Aqil M. Quliyev, Dilarə Kazımova, Günel Məmmədova, Ceyhun Zeynalov, Nöfəl Şahmaroğlu, Rövşən Məmmədli, Samir Ələsgərov, Zülfiyyə Qurbanova, Erkin Ergin, Elvin İbra, Vüsal Hacıqədir, Şəlalə Şahvaladqızı, Asya Abdullayeva, Zemfira Sadıqova, Dəniz Axundzadə, İlkin Həsəni və Tural Əsədov yer alıb. Filmdə Türkiyənin ulduzları – məşhur müğənni Halil Sezai və aktrisa Müge Boz da rol alıb.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button