Dünya

Çində qadınlar rəhbər vəzifələrin 8 faizini təşkil edir

Birləşmiş Millətlər Təşkilatının 2021-ci il məlumatlarına görə, Çin Xalq Respublikasının əhalisi təxminən 703,8 milyon qadın və 740,4 milyon kişidən ibarətdir.

İstiqlal.az xarici KİV-ə istinadla xəbər verir ki, onlar əhalinin təxminən 48,7 faizini təşkil etsə də, yüksək rəhbər vəzifələrdə qadınlar 8 faizdən azını tutur.

Çin Kommunist Partiyasının (ÇKP) rəhbərliyində qadınların olmaması beynəlxalq təşkilatlarda rəhbər vəzifələr tutan Çin vətəndaşları qrupunda qadınların aşağı təmsilçiliyi ilə paraleldir. Əsas beynəlxalq təşkilatlarda yüksək rəhbər vəzifələrdə çalışan 31 Çin vətəndaşından yalnız 4-ü qadındır.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button