Dünya
Çində universitetdə partlayış baş verib, ölənlər və yaralananlar var

Çinin Nankin Aerokosmik Universitetinin laboratoriyasında partlayış baş verib.
“Report” xəbər verir ki, bu barədə “Sina” informasiya mənbəyi məlumat yayıb.
Partlayış nəticəsində 2 nəfər ölüb, daha 9 insan yaralanıb.
Mütəxəssislər hadisənin səbəblərini araşdırır. Digər təfərrüatlar hələlik verilməyib.