Dünya

Çində partlayış olub, ölən və yaralanan var

Çinin şimal-şərqindəki Lyaonin əyalətinin Şenyan şəhərindəki restoranlardan birində qaz partlayışı nəticəsində azı 5 nəfər həlak olub.
“Report” xəbər verir ki, bu barədə “Global Times” qəzeti yazıb.
Xepin (Şenyanın inzibati mərkəzi) inzibati rəhbərliyi partlayış nəticəsində 4 nəfərin öldüyünü, 47 nəfərin yaralandığını bildirib. Hökumət fəsadları aradan qaldırmaq üçün əraziyə 1 000-dən çox xilasedicini, hüquq-mühafizə orqanlarının əməkdaşlarını, həkimləri, təcili əməliyyatların aparılmasından məsul olan digər səlahiyyətli şöbələrin nümayəndələrini səfərbər edib.
Hakimiyyət orqanları hələ hadisənin baş verməsinin səbəblərini dəqiq müəyyənləşdirə bilməyib. Mümkün ehtimallar arasında qaz borusundakı nasazlıq və sıxılmış təbii qazın saxlanılmasında problem var.
Partlayış 1,8 min ailəyə, həmçinin 100 mağazaya ziyan vurub. 
08:41
Çinin şimal-şərqindəki Lyaonin əyalətinin Şenyan şəhərində yerləşən restoranların birində baş verən partlayış nəticəsində azı 100 binaya ziyan dəyib.
“Report” xəbər verir ki, bu barədə Çinin “Global Times” qəzeti məlumat yayıb.
Yerli hakimiyyət orqanları dörd nəfərin həyatına son qoyan fövqəladə vəziyyətin dəqiq səbəbini hələ müəyyənləşdirə bilməyib.
Partlayışın 1800-dən çox ailəyə və 100-ə yaxın mağazanın sahibinə ziyan vurduğu təxmin edilir. İlkin ehtimala görə, partlayış qaz sızması nəticəsində baş verib.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button