Dünya
Çində martın əvvəlindən bəri koronavirusa 500 minə yaxın yoluxma qeydə alınıb

Martın 1-dən aprelin 18-dək Çində 497 mindən çox koronavirusa yoluxma faktı qeydə alınıb.
Bunu ölkənin Gigiyena və Səhiyyə Dövlət Komitəsinin nümayəndəsi bildirib.
Onun sözlərinə görə, koronavirusa yoluxma Çinin Tibet Muxtar Rayonu istisna olmaqla 31 əyalətin hər birində yayılıb.
Qeyd olunur ki, yaxın zamanlarda ölkədə epidemik vəziyyətin sabitləşməsi gözlənilir.
Çinli rəsmi bildirib ki, yaxın zamanlarda həmçinin yaşlı insanların vaksinasiya prosesinin sürətləndirilməsi planlaşdırılır.
Xatırladaq ki, martın əvvəlindən Çində koronavirusa yoluxma artdığı üçün bəzi şəhərlərdə, o cümlədən Şanxayda sərt qapanma tətbiq edib. Bununla belə, yoluxanların böyük əksəriyyəti xəstəliyi simptomsuz keçirib.