Dünya

Çində göydələn tikintisinə məhdudiyyətlər tətbiq edilib

Çin hökuməti yeni göydələn binaların tikintisinə bir sıra məhdudiyyətlər tətbiq edib.
“Report” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Mənzillər və Şəhər-Kənd İnkişafı Nazirliyinin və Fövqəladə Halları İdarəetmə Nazirliyinin birgə açıqlamasında bildirilir.
Belə ki, bundan belə əhalisi 3 milyonadək olan şəhərlərdə 250 m-dən hündür yeni bina tikmək qadağandır, 150 m-dən hündür binalar isə yalnız xüsusi icazə almaq şərtilə tikilə bilər. Daha böyük şəhərlərdə isə 250 m-dən hündür binaların tikintisi üçün xüsusi icazə tələb edilir.
Qeyd edək ki, bu ilin iyul ayında ölkə boyu 500 metrdən hündür binanın tikintisinə qadağa qoyulub.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button