Dünya

Çində daşqınlar nəticəsində ölənlərin sayı 58-ə çatıb

Çinin Henan əyalətində leysan yağışlar və daşqınlar nəticəsində ölənlərin sayı 58 nəfərə çatıb, 5 nəfərin isə itkin düşdüyü bildirilir. 800 mindən çox insan təhlükəli bölgələrdən təxliyə olunub.
“Report”“RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə əyalət rəhbərliyinin məlumatında qeyd olunub.
“16 iyul saat 16:00-dan 24 iyuladək uzun müddət davam edən leysan yağışları səbəbindən 9,3 milyon nəfər fəlakət bölgəsində qalıb, ölənlərin sayı 58 nəfərə çatıb, 5 nəfər itkin düşüb, əyalət daxilində 814, 9 min nəfər artıq təxliyə olunub”, – məlumatda belə deyilir.
Daha 440 mindən çox insanın hazırda təcili yardıma ehtiyacı var.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button