Dünya

Çində balıqçı gəmisi batıb, itkin düşənlər var

Çinin şərq sahillərində balıqçı gəmisi batıb.
“Report” xəbər verir ki, bu barədə “Pengpai” informasiya portalı məlumat yayıb.
Gəminin batması nəticəsində ən azı 11 nəfər itkin düşüb.
Hadisə gecə saatlarında Şərqi Çin dənizindəki Yantszı çayından 120 dəniz mili şimal-şərqdə baş verib. Həmin vaxt gəmidə 13 nəfər olub, onlardan ikisi xilasedicilər tərəfindən tapılaraq sudan çıxarılıb, qalanları isə hələ də itkin sayılır.
Axtarış-xilasetmə əməliyyatına bir helikopter və bir neçə mühafizəsi gəmisi daxildir.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button