İqtisadiyyat

Çində avtomobil satışları kəskin azalıb

Bu ilin sentyabr ayında Çində avtomobil satışları illik ifadədə 19,6% azalıb. Davamlı qlobal mikroçip çatışmazlığı fonunda Çində avtomobil satışları ardıcıl beşinci aydır azalır.
“APA-Economics”in “Reuters”ə istinadən verdiyi məlumata görə, bu barədə Çin Avtomobil İstehsalçıları Birliyinin açıqlamasında deyilir.
Qeyd olunur ki, dünyanın ən böyük avtomobil bazarında satışların keçən ay 2,07 mln. vahidə düşüb. Eyni zamanda, yeni enerji mənbələri ilə işləyən avtomobillərin (NEV) satışları sentyabr ayında iki dəfədən çox artaraq 357 minə çatıb.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button