Dünya

Çində ağır yol qəzasında 6 nəfər həlak olub, 13 nəfər yaralanıb  

Çinin cənubundakı Quandun əyalətində ağır yol qəzası baş verib.
“Report”un TASS-a istinadən məlumatına görə, bu barədə hüquq-mühafizə orqanları xəbər yayıb.
Məlumata görə, hadisə Xueyçjou şəhərində qeydə alınıb. Belə ki, minink avtomobilinin yol kənarındakı ticarət çadırına çırpılması nəticəsində azı 6 nəfər ölüb, daha 13 nəfər xəsarət alıb.
Qeyd edilir ki, avtomobil qəzadan sonra yanıb. Qəza zamanı xəsarət alanlar yaxınlıqdakı xəstəxanaya yerləşdirilib. Hadisəni törədən 30 yaşlı sürücü saxlanılıb, araşdırma aparılır.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button