Dünya

Çin və müsəlmanların paylaşdığı tarixi əlaqələr müzakirə edilib

İslamabadda keçirilən İslam Əməkdaşlıq Təşkilatının (İƏT) xarici işlər nazirləri Şurasının 48-ci sessiyasında təşkilatın baş katibi Hisseyn Brahim Taha Çinin xarici işlər naziri Vanq Yi ilə görüşüb.

İstiqlal.az xəbər verir ki,
hər iki tərəf Çin və müsəlmanların paylaşdığı tarixi əlaqələri müzakirə edib, həmçinin siyasi, iqtisadi, mədəni, təhsil, səhiyyə və sivilizasiyalararası dialoq məsələlərində ikitərəfli dialoq və əməkdaşlığı inkişaf etdirməyin müxtəlif yollarından danışıb. Çinin xarici işlər naziri İƏT-in Çin ilə müsəlman dünyası arasında körpü rolunu oynamasında müsbət rol oynadığını vurğulayıb. Çinlə müsəlmanların paylaşdığı tarixi əlaqələr müzakirə olunsa da, Çinin xarici işlər naziri müsəlman uyğurlar haqqında danışmaqdan yayınıb.

Onlar həmçinin Çin və digər üzv dövlətlər arasında, xüsusən də COVID-19 pandemiyasına cavab olaraq əməkdaşlıq sahəsindən danışıb.

İƏT-in baş katibi Çini İƏT-nin toplantısında iştirakına görə yüksək qiymətləndirib. Tərəflər həmçinin qarşılıqlı maraq doğuran bir sıra regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparıb.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button