Dünya

Çin səfirinə Böyük Britaniya parlamentinə daxil olmaq qadağası qoyulub

Çinin Böyük Britaniyada yeni təyin olunmuş səfiri Jenq Zequanq bu ölkənin parlamentinə daxil olmaq hüququndan məhrum edilib.
“Report” “The Guardian”a istinadən xəbər verir ki, belə bir qərar Çinin Britaniya millət vəkillərinə qarşı sanksiyalarına cavab olaraq verilib.
İcmalar palatasının sədri Lindsay Hoyl sanksiyalar ləğv edilməyincə bu qadağanın qüvvədə qalacağını açıqlayıb. Lordlar palatasının sədri Con Makfell isə qeyd edib ki, həmin qadağa heç də Çin səfirilə birgə tədbirlərdən imtina etmək mənasına gəlmir, sadəcə belə tədbirlər başqa yerlərdə keçiriləcək.
Çin səfirliyi Britaniya parlamentinin bu addımını “alçaq və qorxaq əməl” olaraq dəyərləndirib. Səfirliyin bəyanatına görə Çin tərəfinin mart ayında tətbiq etdiyi sanksiyalar Böyük Britaniyanın Çinin ayrı-ayrı fərdlərinə və təşkilatlarına qarşı “Sincanda insan hüquqlarının pozulması dezinformasiyasını bəhanə etməklə tətbiq etdiyi birtərəfli sanksiyalara cavab” olub.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button