İqtisadiyyat

Çin iqtisadiyyatı 9,8% böyüyüb

Bu ilin yanvar-sentyabr aylarında Çinin iqtisadi artım tempi 9,8% təşkil edib.
“APA-Economics”in məlumatına görə, bu barədə Çin Xalq Respublikasının Dövlət Statistika İdarəsinin hesabatında deyilir.
“İlkin hesablamalara görə, 2021-ci ilin ilk üç rübündə Çinin ÜDM-i illik ifadədə 9,8% artaraq 82,313 trln. yuan (təxminən 12,8 trln. ABŞ dolları) təşkil edib. Cari ilin I rübündə iqtisadi artım 18,3%, II rübdə 7,9%, III rübdə isə 4,9% təşkil edib”, – hesabatda qeyd olunub.
Sənədə görə, hesabat dövründə Çinin kənd təsərrüfatı sektoru 7,4% artaraq 5,143 trln. yuan (təxminən 799,84 mlrd. dollar), sənaye sektoru 10,6% artaraq 32,094 trln. yuan (4,99 trln. dollar), xidmət sektoru isə 9,5% artaraq 45,076 trln. yuan (7,01 trln. dollar) təşkil edib.
Qeyd edək ki, Çinin iqtisadi artım templəri tədricən yavaşlayır. Belə k, 2018-ci ildə artım 6,6%, 2019-cu ildə 6% təşkil edib. 2020-ci ildə isə, pandemiyanın mənfi təsiri səbəbindən, 1976-cı ildən bəri ən aşağı dinamika qeydə alınıb – 2,3%.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button