Dünya

Çin ilin sonuna qədər digər ölkələrə 2 milyard doz vaksin göndərəcək

Çin Prezidenti Si Cinpin digər ölkələrə ilin sonuna qədər 2 milyard doz COVID-19 peyvəndi verməyi planlaşdırdığını bəyan edib.
“Report” xəbər verir ki, bu barədə o, BMT Baş Assambleyasının 76-cı sessiyasında danışıb.
O qeyd edib ki, Çin bu il inkişaf etməkdə olan ölkələrə 100 milyon doz peyvənd ayıracaq.
Bundan əvvəl Si Çinpin Belarus Prezidenti Aleksandr Lukaşenko ilə söhbətində Çinin respublikaya yeni növ koronavirusa qarşı lazımi həcmdə vaksin verməyə hazır olduğunu təsdiqləyib.
Şimali Koreya rəsmiləri isə Çinin ölkəyə təklif etdiyi təxminən 3 milyon doz COVID-19 peyvəndini başqa ölkəyə yönləndirilməsini istəyib.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button