Cəmiyyət

Çin: Dünyada yeni “X virusu” yaranacaq

Dünya gələcəkdə yeni virusla qarşılaşacaq.
“Report” xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Çinin Xəstəliklərə Nəzarət və Profilaktika üzrə Mərkəzinin başçısı Qao Tfu bildirib.
Onun sözlərinə görə, yeni “X virusu” istənilən yerdə istənilən vaxt yarana bilər, eyni zamanda onun xüsusiyyətləri hələ heç kimə məlum deyil.
“Gələcək insanlıq naminə problemin həlli üzərində birlikdə işləmək lazımdır. Bununla əlaqədar olaraq mən “dörd C prinsipi”ni təklif edirəm: əməkdaşlıq, rəqabət, ünsiyyət və ya informasiya mübadiləsi və nəhayət, üçüncü tərəflə koordinasiya”, – Qao Tfu elm və texnologiyalar beynəlxalq forumunda çıxışın gedişatında deyib.
O, real və yalan faktların bir-birinə qarışdığı fenomeni “infodemiya” adlandıraraq, koronavirus haqqında yanlış məlumatların təhlükəsini də vurğulayıb.
“Bu bir çox şayiə və problemlər doğurur, hansıları ki, həll etmək lazım gəlir”, – Tfu qeyd edib. O, Çin tərəfindən açıq informasiya mübadiləsinin alimlərə bütün dünyada koronavirus vaksinlərinin hazırlanılmasına operativ başlamağa imkan verdiyini vurğulayıb.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button