Dünya

Çili Prezidenti: “Əfqanıstanda qadınların vəziyyətinə biganə qalmamalıyıq”

“Beynəlxalq ictimaiyyət və BMT Əfqanıstanda qadın hüquqlarının ciddi şəkildə pozulması qarşısında dayana bilməz”.
“Report” TASS-a istinadən xəbər verir ki, bunu Çili Prezidenti Sebastian Pinera BMT Baş Assambleyasının 76-cı sessiyasında deyib.
“Əfqanıstanda qadınlara qarşı təcavüz bütün dünyadakı qadınlara qarşı təcavüzdür. Qadınları qorumaq üçün birlikdə çalışmalıyıq. Onlara hüquq və azadlıqlarını tam olaraq qaytarın”, – Pinera bildirib.
O əlavə edib ki, Əfqanıstanda qadınların hazırkı vəziyyəti bütün insanlığı narahat edir.
“Əfqanıstanda qadınların təhsil almalarını qadağan etmək istəyənlər, məcburi nikah, onlara qarşı cinayətlərdə günahkar olanların cəzasız qalmasını təmin etmək və digər hüquqlardan məhrum etmək istəyənlər yenidən hakimiyyətə qayıdıb, – Çili Prezidenti vurğulayıb.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button