Dünya

“Çiftlikbank”ın qurucusunun 2600 il azadlıqdan məhrum edilməsi istənilir

Türkiyədə “Çiftlikbank”ın qurucusu, “Tosuncuk” ləqəbli Mehmet Aydının 2 600 il azadlıqdan məhrum edilməsi istənilib.
“Report” xəbər verir ki, məlumatı “CNNTurk” yayıb.
Bildirilib ki, ilkin iddianamədə onun 75 000 il, ikincidə isə daha 11 140 il azadlıqdan məhrum edilməsi istənilmişdi. Bununla da onun cəzası 89 140 ilə çatmışdı.
“Tosuncuk” məhkəmədə bildirib: “Kiprdə (Şimali Kipr Türk Respublikası – red.) və Türkiyədə olan və müsadirə edilmiş mal-mülkümü qaytarın zərərçəkənlərə borclarımın hamısını ödəyim”.
Anadolu Baş Prokurorluğu hazırladığı 83 səhifəlik iddianamədə Mehmet Aydın və şübhəli bilinən 130 nəfərin “mütəşəkkli şəkildə dələduzluq” maddəsi ilə 2 600 ilə qədər cəzalandırlmasını istəyib.
Xatırladaq ki, “Tosuncuk” ləqəbli Mehmet Aydın 2016-cı ilin avqust ayında qurduğu “Çiftlikbank” adlı internet oyunu vasitəsilə 2018-ci ilin mart ayında 132 222 nəfər müştərisindən 1 mlrd. 139 milyon türk lirəsini (indiki məzənnə ilə 223 milyon manat) mənimsəyərək Uruqvaya qaçmışdı. O, Türkiyənin təhlükəsizlik qüvvələri və “İnterpol” tərəfindən qırmızı bülletenlə axtarışda idi. Cari ilin iyulunda tutularaq ölkəyə gətirlib.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button