Siyasət

Ceyhun Bayramov ilin yekunlarına dair mətbuat konfransı keçirdi

Ceyhun Bayramov Azərbaycanın xarici siyasəti sahəsində ilin yekunlarına dair mətbuat konfransı keçirib. Nazirin tədbirdəki çıxışından sitatlar gətiririk:

– 2021-ci ildə Azərbaycan müstəqil xarici siyasət yürütməkdə davam edib. Bu il Azərbaycanın xarici siyasət baxımından əsas prioritetləri regiondakı yeni reallıqlar fonunda münasibətlərin inkişaf etdirilməsi, həmçinin müxtəlif beynəlxalq layihələrin həyata keçirilməsi olub;

– Avropa İttifaqının həm ölkəmizə, həm də bölgəmizə marağının artmasını müşahidə edirik. Aİ rəsmiləri ilə çoxsaylı görüşlər və təmaslar bunu deməyə əsas verir; Azərbaycan və Avropa İttifaqı arasında imzalanacaq yeni saziş üzrə danışıqlar aparılır. Saziş əsasən 4 bölmədən ibarətdir. Bu siyasi təhlükəsizlik, ticarət, iqtisadi və digər hissələrdən ibarətdir;

– Azərbaycanın qələbəsi sayəsində yeni reallıqlar yarandı. Soçi görüşü də daxil olmaqla, bir neçə dəfə sərhədlərin delimitasiyası üzrə işlərə başlamaqla bağlı təkliflər olsa da, hələlik heç bir addım atılmayıb. Azərbaycan əvvəlki kimi Ermənistan tərəfini bu məsələ ilə bağlı işçi qrup yaratmağa, sərhədin delimitasiyası və demarkasiyası üzrə işlərə başlamağa çağırır;

– 3+3 formatında platformanın yaradılması regional səviyyədə münasibətlərin inkişafına töhfə verir. Belə bir platformanın yaradılması regionda nəqliyyat və təhlükəsizlik sahələrinin inkişafına müsbət təsir göstərməlidir;

– Azərbaycan-Türkiyə münasibətləri Şuşa Bəyannaməsi ilə strateji tərəfdaşlığın ən yüksək səviyyəsinə çatıb.

 

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button