İqtisadiyyat

Ceyhan terminalından 5 mininci tanker yola salınıb

Türkiyənin “BOTAS International Limited” (BIL) şirkəti tərəfindən Ceyhan neft terminalında 5 mininci tanker yüklənilərək yola salınıb.

APA-Economics”in “Anadolu” agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə BIL-ın baş direktoru Nadim Ekiz bildirib.

Məlumata görə, BIL şirkəti tərəfindən Ceyhan neft terminalından bu günədək 3 813 mln. barel neft yola salınıb.

Qeyd edək ki, Bakı-Tbilisi-Ceyhan (BTC) kəməri ilə Azərbaycanın “Azəri-Çıraq-Günəşli” yataqlarında hasil edilən neft idxal edilir. Bundan başqa, kəmər vasitəsi ilə digər istehsalçıların nefti də Türkiyə ərazisinə göndərilir.

Xatırladaq ki, BIL 2001-ci ildən etibarən BTC-nin Türkiyə ərazisində istismarı ilə məşğul olur.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button