Dünya

Çexiyada silahlı hücum zamanı 6 nəfər yaralanıb

Çexiyanın cənub-şərqindəki Tişnove şəhərində naməlum kişi hücum edərək altı nəfəri yaralayıb.
“Report”un xarici mətbuata istinadən məlumatına görə, bu barədə polisin nümayəndəsi David Xaloupka jurnalistlərə bildirib.
O, qeyd edib ki, kəsici-deşici xəsarətlər alan yaralılardan beşi ağır vəziyyətdədir. Hadisəni törədən şəxs saxlanılıb.
Bütün yaralılar xəstəxanalara aparılıb. Hadisə yerində istintaq qrupu işləyir.
Öz növbəsində Tişnova bələdiyyəsi də feysbukda məlumat verib ki, Yunqmannovoy küçəsində bir ailədə bədbəxt hadisə olub. Hadisəni törədən şəxs saxlanılıb, polis araşdırmaya başlayıb.
Şəhər rəhbərliyi sakinləri asayişə riayət etməyi xahiş edib.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button