Dünya

Çexiyada parlament seçkilərində müxalifət lider olub

Çexiyada keçirilən parlament seçkilərində seçki məntəqələrinin 99%-də bülletenlər hesablanıb.
“Report” ”RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Çexiya Mərkəzi Statistika İdarəsi məlumat yayıb.
Üç müxalif liberal partiyadan ibarət koalisiya bülletenlərin hesablanmasından sonra liderlik edir.
Baş nazir Andrey Babişin hakim mərkəzçi hərəkatı olan ANO 27,45 faizlə ikinci yerdədir.
Bunun ardınca Pirat Partiyasını və “Başlar və Müstəqillər” hərəkatını birləşdirən başqa bir liberal koalisiya (15.4 faiz) gəlir.
Dördüncü yeri “Azadlıq və Birbaşa Demokratiya” (9,7 faiz) hərəkatı tutur.
Hər iki koalisiyadan olan liberallar yeni hökumətin qurulması barədə razılığa gələ bilsələr, parlamentdə 200 yerdən 109-u olmaqla sadə çoxluq əldə edəcəklər. Onların liderləri artıq bir neçə saat ərzində məsləhətləşmələrin başlayacağını açıqlayıblar.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button