İdman

Çempionlar Liqasında yeni format tətbiq oluna bilər

 UEFA Çempionlar Liqasının pley-off mərhələsinin formatını dəyişə bilər.

Bu barədə “The Times” nəşri məlumat yayıb. Bildirilib ki, qurum yarımfinalda iki oyundan ibarət matçların aradan qaldırılması imkanlarını nəzərdən keçirir. Əvəzində “Dördlər finalı”nın yaradılması nəzərdə tutulur: yarımfinaldakı görüşlərin sayı 1-ə endiriləcək. Eyni zamanda, yarımfinal və finalın bir həftə ərzində eyni şəhərdə keçirilməsi təklif olunur.

Pley-off mərhələsinin formatının dəyişdirilməsi ideyası Avropa Klublar Assosiasiyası (ECA) tərəfindən irəli sürülüb.

Pley-off formatında dəyişikliklər turnirin yeni sxem üzrə oynanılacağı 2024/25 mövsümündən tətbiq oluna bilər. Həmin mövsüm  turnirdə iştirak edənlərin sayı 36 kluba yüksələcək.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button