İdman

Çempionlar Liqasında qrup mərhələsinin püşkü atılıb

Bu gün Çempionlar Liqasında 2021/22 mövsümünün qrup mərhələsinin püşkü atılıb.
Apasport.az saytının məlumatına görə, tədbirdə Avropanın 32 ən güclü klubu 8 qrupa bölünüb.
Püşkatma zamanı eyni ölkə təmsilçiləri fərqli qruplara salınıb. Püşkatmada “Səbail”in sabiq futbolçusu Maykl Essyen də iştirak edib. Qardaş Türkiyənin son çempionu “Beştiktaş”ın da rəqibləri bəlli olub.
Püşk bəzi nəhəngləri üz-üzə qoyub. Ən zəngin klublar sayılan PSJ və “Mançester Siti” qrupda rəqib olub. “Bavariya” ilə “Barselona”, “İnter”lə “Real”, “Atletiko” ilə “Liverpul”, “Çelsi” ilə “Yuventus” da qrupda qarşılaşacaq. Ötən mövsüm Avropa Liqasının finalında qarşılaşan “Vilyarreal”la “Mançester Yunayted” də üz-üzə gələcək.
Qeyd edək ki, ilk turun oyunları sentyabrın 14-15-də keçiriləcək.
A qrupu”Mançester Siti” (İngiltərə)PSJ (Fransa)“Leypsiq” (Almaniya)”Brügge” (Belçika)
B qrupu”Atletiko” (İspaniya)”Liverpul” (İngiltərə)”Porto” (Portuqaliya)”Milan” (İtaliya)
C qrupu”Sportinq” (Portuqaliya)”Borussiya” (Dortmund, Almaniya)”Ayaks” (Niderland)”Beşiktaş” (Türkiyə)
D qrupu”İnter” (İtaliya)”Real” (İspaniya)”Şaxtyor” (Ukrayna)”Şerif” (Moldova)
E qrupu”Bavariya” (Almaniya)”Barselona” (İspaniya)”Benfika” (Portuqaliya)”Dinamo” (Ukrayna)
F qrupu”Vilyarreal” (İspaniya)”Mançester Yunayted” (İngiltərə)”Atalanta” (İtaliya)”Yanq Boyz” (İsveçrə)
G qrupu”Lill” (Fransa)”Sevilya” (İspaniya)”Zalsburq” (Avstriya)”Volfsburq” (Almaniya)
H qrupu”Çelsi” (İngiltərə)”Yuventus” (İtaliya)”Zenit” (Rusiya)”Malmö” (İsveç)

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button