İdman

Çempionlar Liqası: “Neftçi” “Olimpiakos”la qarşılaşacaq

Azərbaycan çempionu “Neftçi” bu gün növbəti avrokubok oyununu keçirəcək.
Apasport.az saytının məlumatına görə, Bakı klubu Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab oyununa çıxacaq.
Paytaxt təmsilçisi öz meydanında Yunanıstan “Olimpiakos”u ilə görüşəcək. Namik Ələskərovla Mert Çelikin xidmətindən məhrum olan Samir Abasov yetirmələrini qələbə üçün meydana çıxaracaq.
Səfərdə 0:1 hesabı ilə uduzan “Neftçi” mütləq qalib gəlməlidir. Tur adlamaq üçün “ağ-qaralar” 2 top fərqi ilə qələbə qazanmalıdır. Minimal fərq cütün taleyini penaltilər seriyasına daşıyacaq.
Pireylilərlə görüş çempionumuzun avrokubok taleyinə də aydınlıq gətirəcək. Bakılıların III təsnifat mərhələsini harada keçirməsi bu görüşdən asılıdır. “Olimpiakos” səddi keçilsə, təmsilçimiz yoluna Çempionlar Liqasında davam edəcək. Cütdə uduzan komanda isə Avropa Liqasına yollanacaq.
Qeyd edək ki, III təsnifat mərhələsi avqustun 3-4-də və 10-da keçiriləcək.
Çempionlar LiqasıII təsnifat mərhələsi, cavab oyunu28 iyul21:00. “Neftçi” (Azərbaycan) – “Olimpiakos” (Yunanıstan)Baş hakim: Rikardo de Burqos (İspaniya)Bakı. “Bakcell Arena”İlk oyun – 0:1

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button