İdman
“Çelsi”nin futbolçusu koronavirusa yoluxub

İngiltərənin “Çelsi” klubunda koronavirusa yoluxma aşkarlanıb.
Apasport.az saytının məlumatına görə, Premyer Liqa təmsilçisinin yarımmüdafiəçisi Kristian Pulişiç infeksiyaya yoluxub.
O, qarşıdakı günləri təcrid olunacaq. Bu prosesin 10 gün sürməsi planlaşdırılır.