Dünya

Çavuşoğlu və Blinken Rusiya ilə Ukrayna arasındakı gərginliyi müzakirə ediblər

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə ABŞ dövlət katibi Entoni Blinken arasında telefon danışığı olub.

APA xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyindəki mənbə məlumat verib.

Bildirilib ki, NATO və ATƏT görüşləri ərəfəsində baş tutan danışıqlar zamanı tərəflər arasında Rusiya ilə Ukrayna arasındakı gərginlik, strateji mexanizmin işə salınması (Ankara ilə Vaşinqton arasında münasibətlərin normallaşdırılması – red. ), Türkiyə ilə ABŞ arasındakı ikitərəfli əlaqələr, Sudan, Efiopiya və Qafqazdakı vəziyyət müzakirə edilib.

Qeyd edək ki, yanvarın 10-da Cenevrədə Rusiya ilə ABŞ arasında təhlükəsizlik zəmanətləri üzrə danışıqların aparılması planlaşdırılır.

Yanvarın 12-də isə Rusiya Brüsseldə NATO-Rusiya Şurasının iclasında və yanvarın 13-də Vyanada ATƏT-in Daimi Şurasının iclasında Avropada təhlükəsizliklə bağlı narahatlıqlarını, eləcə də Rusiyanın təhlükəsizlik təminatı ilə bağlı layihələrini müzakirə edəcək.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button