Dünya

Çavuşoğlu: ”Ukraynadakı müharibə ikili standartları üzə çıxardı”

“Ukraynada tökülən qanla Hələbdə tökülən qan bizim üçün eyni məna daşıyır”.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu İslam Əməkdaşlığı Təşkilatının XİN başçılarının İslamabadda keçirilən 48-ci iclasında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Ukraynadakı müharibə ikili standartları üzə çıxarıb: “Bura Yaxın Şərq deyil, burada niyə qan axır deyənlər də oldu. Ukraynada tökülən qanla Hələbdə tökülən qan bizim üçün eyni məna daşıyır”.

Nazir dünyada islamafobiya və türkofobiyanın geniş yayıldığını da qeyd edib.

“Çində uyğur türkləri dini və milli kimliklərini qorumaqda çətinlik çəkir, müsəlmanların ən çox yaşadığı ölkələrdən biri olan Hindistanda isə baş örtüsü qadağası var”,- deyə o vurğulayıb.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button