Dünya

Çavuşoğlu: “Rusiyaya qarşı sanksiyalar problemi həll etməyəcək”

Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu ölkəsinin Rusiyaya qarşı sanksiyaları dəstəkləmədiyini açıqlayıb.

Bu barədə Riqada NATO ölkələrinin xarici işlər nazirlərinin iclasından sonra jurnalistlərə açıqlamasında deyib.

“Fikrimizcə, Rusiyaya qarşı sanksiyalar problemi keçmişdə həll edə bilmədiyi kimi, indi də həll etməyəcək. Biz bir sıra ölkələrə, bəzən Türkiyəyə qarşı da sanksiyaların tətbiq olunduğunu görmüşdük. Amma bu problemi həll etmir. Yalnız sanksiyalarla biz Ukraynaya yaxud digər ölkəyə yardım edə bilməyəcəyik”,- deyə o söyləyib.

 

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button