İqtisadiyyat

Cavid Qurbanov: “İşğaldan azad olunan ərazilərdə dəmiryol infrastrukturunun yaradılması istiqamətində sürətli işlər aparılır”

İşğaldan azad olunan ərazilərdə dəmiryol infrastrukturunun yaradılması istiqamətində sürətli işlər aparılır.
“APA-Economics”in məlumatına görə, bunu jurnalistlərə “Azərbaycan Dəmir Yolları”  QSC-nin rəhbəri Cavid Qurbanov deyib.
Onun sözlərinə görə, işlər üç istiqamət üzrə aparılır: “Bunlar Horadiz-Naxçıvan, Şuşa və Ağdam istiqamətləridir və bu istiqamətlər üzrə işlər sürətli aparılır”.
C. Qurbanovun sözlərinə görə, Ağdam istiqamətində artıq 20 km yol yatağı tikinti üçün hazırdır.
C. Qurbanov onu da qeyd edib ki, ərazilərin minalanması dəmiryol infrastrukturunun yaradılması istiqamətində işlərin aparılmasını çətinləşdirən əsas səbəbdir.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button