İdman

“Çalışacağıq Azərbaycana qarşı yaxşı təşkilatlanmış komanda kimi oynayaq”

“Azərbaycanın futbolçuların tək-tək təhlil etməmişik”.
Apasport.az saytının məlumatına görə, bunu Portuqaliya yığmasının baş məşqçisi Fernando Santuş DÇ-2022-nin seçmə mərhələsində Azərbaycan millisinə qarşı keçiriləcək oyunla bağlı danışarkən deyib.
Təcrübəli mütəxəssis mətbuat konfransında sabah Bakı Olimpiya Stadionunda baş tutacaq qarşılaşmaya yaxşı hazırlaşdıqlarını söyləyib: “Rəqibin güclü baş məşqçisinin olduğunu bilirik. Fikrimiz, oyunda olacaq, nəinki rəqibin tək-tək oyunçularında. Azərbaycan xüsusən də, müdafiədə yaxşı oynayır. Amma yarımmüdafiə xəttində də güclüdürlər. Çalışacağıq sabah yaxşı təşkilatlanmış komanda kimi oynayaq. Rəqib bəzi hallarda 6 nəfərlə topun arxasında oynayırlar, bəzən isə əksinə. Azərbaycan bütün variantlarda oynamağa hazır komandadır”.
Santuş Bakıya qələbə üçün gəldiklərini gizlətməyib: “Azərbaycanla oyunda uduzmaq barədə düşünmürəm. Hər şey son turda həll olunacaq. Bizi 4 final oyunu gözləyir. Sonda qrupun iki ən güclüsü üz-üzə gələcək. Həmin matçadək xal itirməməliyik. Bütün qarşılaşmalara final kimi baxmalıyıq ki, istəyimizə çataq”.
Mütəxəssis millimizi də dəyərləndirib: “Azərbaycan yaxşı təşkil olunmuş komandadır. Baş məşqçi Canni de Byazi Albaniyanı AVRO-2016-ya daşımış mütəxəssisdir. O, heç vaxt bir topdan artıq fərqlə uduzmayıb. Ümid edirəm ki, sabah fərqli olacaq. Bu komanda tam müdafiəyə da qapanmır. Rəqibimiz Serbiya və İrlandiya ilə matçlarda da bacarıqlı komanda olduğunu göstərdi”.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button