Siyasət

Cənubi Qafqazda münasibətlərin normallaşması əməkdaşlıq üçün misilsiz imkanlar açır

İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycanın tarixi torpaqlarının erməni işğalından azad edilməsi Cənubi Qafqaz regionunda əməkdaşlığın və qarşılıqlı fəaliyyətin inkişafı üçün misilsiz imkanlar yaratdı.

İşğalın davam etdiyi 30 ilə yaxın blokadada qalan Azərbaycan, Rusiya və Ermənistan liderlərinin 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatına uyğun olaraq nəqliyyat-kommunikasiya əlaqələrinə inkişaf etmək imkanı verilib. Bu gün Azərbaycan və Ermənistan Xarici İşlər Nazirlikləri iki ölkə arasında gələcək əməkdaşlığın əsas prinsiplərini birləşdirməli olan sülh müqaviləsinin hazırlanması üzərində işləyirlər. İşğalın davam etdiyi 30 ilə yaxın blokadada qalan nəqliyyat-kommunikasiya əlaqələrinə Azərbaycan, Rusiya və Ermənistan liderlərinin 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatına uyğun olaraq inkişaf etmək imkanı verilib. Hazırda Azərbaycan və Ermənistan Xarici İşlər Nazirlikləri iki ölkə arasında gələcək əməkdaşlığın əsas prinsiplərini birləşdirməli olan sülh müqaviləsinin hazırlanması üzərində işləyirlər. Bunun ardınca Türkiyə də Ermənistanla münasibətləri normallaşdırmaq niyyətini açıqladı. İki ölkənin bu istiqamətdə fəaliyyət göstərən xüsusi nümayəndələri təyin edilib.

Bu faktı Trend-ə şərh edən Avropa Şurasının xarici əlaqələr üzrə baş elmi işçisi Aslı Aydıntaşbaş qeyd edib ki, Cənubi Qafqaz regionunda münasibətlərin normallaşması nəhəng iqtisadi potensial və enerji əməkdaşlığı üçün geniş imkanlar açır.

Onun sözlərinə görə, Cənubi Qafqazdakı nəqliyyat marşrutları Türkiyə üçün iqtisadi baxımdan əhəmiyyətli olmaqla yanaşı, həm də regionda regional sabitliyin açarıdır:

“İndi Ankara açıq şəkildə bəyan edir ki, o, Ermənistanla münasibətləri normallaşdırmağa açıqdır, lakin bunu Azərbaycanla, Ermənistan-Azərbaycan sülh prosesi ilə birlikdə etmək istəyir. Əgər region ölkələri münasibətlərin normallaşması istiqamətində irəliləyə bilsələr, bu, böyük iqtisadi potensiala və enerji əməkdaşlığına yer açacaq”.

A.Aydıntaşbaş qeyd edib ki, Ermənistan-Türkiyə sərhədinin açılması həm də Türkiyə ilə Azərbaycan arasında ticarət potensialını və enerji əməkdaşlığını bir neçə dəfə artıracaq. Region kontekstində bu, məğlub olanları olmayan, lakin çoxlu qalibləri olan bir düsturdur:

“Region Türkmənistan və digər Mərkəzi Asiya ölkələrinin resurslarından da istifadə edərək əhəmiyyətli ticarət bloku yarada bilər”.

Onun sözlərinə görə, Rusiyaya qarşı sanksiyalar bütün regional oyunçulara mənfi təsir göstərə bildikdə belə bir razılaşma xüsusilə vacibdir:

“Ermənistanla sərhədin açılması və Azərbaycanla birbaşa ticarət sayəsində Türkiyə, Ermənistan və Azərbaycan itkilərinin bir hissəsini kompensasiya edə bilər. Onlar həmçinin Avropaya çata biləcək və Avropanın artan enerji tələbatını qismən ödəyə biləcək əhəmiyyətli enerji dəhlizi yarada bilərlər”.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button