Dünya

Cənubi Koreya rəsmi Pxenyanla müntəzəm əlaqələr qurmağa hazırlaşır

KXDR lideri Kim Çen Inın iki Koreya dövləti arasında kanaların bərpası planları haqqında bəyanatından sonra Koreya Respublikası rəsmi Pxenyanla sabit əlaqələrin qurulmasına hazırlaşmağa başlayıb.
“Report” TASS agentliyinə istinadən xəbər verir ki, bunu jurnalistlərə Cənubi Koreyanın Birləşmə Naziriliyinin nümayəndəsi bildirib.
“Kanallar bərpa edildikdən sonra rəsmi Seul bölünmüş ailələr arasında videokonfrans formatında görüşlərin keçirilməsi təklifini bir daha irəli sürməyi, daha sonra ölkələr arasında münasibətlərin əsas məsələləri üzərində fikir mübadiləsi aparmağı planlaşdırır”, – nazirlik nümayəndəsi deyib.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button