Dünya

Cənubi Koreyada koronavirusa yoluxmada yeni antirekord

Cənubi Koreyada ötən sutka COVID-19 virusuna 3 273 yoluxma aşkarlanıb. Bu, Cənubi Koreyada indiyədək qeydə alınan ən yüksək yoluxma sayıdır.
“Report” xəbər verir ki, Cənubi Koreyanın xəstəliklərə nəzarət və profilaktika mərkəzinin mütəxəssisləri virusa sutkalıq yoluxmaların çoxalmasının “delta “ştamının yayılması ilə əlaqədar olduğunu bildirirlər.
Qeyd olunub ki, Seulda 1 217 nəfərin, mərkəzi Kyenqido vilayətində isə 1 094 nəfərin koronavirus testi müsbət olub. Ümumilikdə ölkədə 298 402 nəfər virusa yoluxub ki, onlardan 266 414-ü sağalıb.
Ötən gün ərzində müalicə alan yeddi pasiyent ölüb. Bununla da Cənubi Koreyada ölənlərin sayı 2 441 nəfərə çatıb. Ölüm nisbəti 0,82%-dir.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button