Dünya

Cənubi Koreya KXDR-ə qarşı sanksiyaları yumşalda bilər

“Cənubi Koreya Koreya Xalq Demokratik Respublikasının (KXDR) raket-nüvə proqramını dayandırması qarşılığında bu ölkəyə qarşı sanksiyaların yumşaldılması məsələsinə baxa bilər”.
“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Cənubi Koreyanın XİN rəhbəri Çon Iy Yen bu gün parlamentdə çıxışı zamanı bildirib.
“Şimali Koreyanın raket-nüvə potensialını inkişaf etdirməyi dayandırması üçün təcili tədbirlər görməliyik”, – nazir deyib.
Onun sözlərinə görə, KXDR dialoqa gedərsə, sanksiyaların yumşaldılması bu cür tədbirlərin bir parçası ola bilər.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button