Dünya

Cənubi Afrikada dünyanın ən böyük İES-dən birində yanğın olub

Sentyabrın 11-də Cənubi Afrika Respublikasının (CAR) paytaxtı İohannesburq şəhərindən 80 km şərqdə yerləşən Kendal qəsəbəsindəki istilik elektrik stansiyasında (İES) yanğın olub.
“Report” TASS-a istinadən xəbər verir ki, məlumatı yerli ENCA telekanalı yayıb.
Bildirilib ki, hadisə nəticəsində stansiyanın bir neçə bloku zədələnib, iki bloku söndürülüb. Yanğın baş verən ərazidə insanlar təxliyə edilib.
Stansiya “Eskom” dövlət elektroholdinqinə məxsusdur.
Qeyd edək ki, Kendaldakı İES 1993-cü ildə istismara verilib. Daş kömürlə işləyən stansiya CAR-ın ən böyük, gücünə görə dünyada 22-ci İES sayılır. Stansiyanın 6 enerji bloku var. Onun ümumi gücü 4,1 MVt-dır.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button