İqtisadiyyat

Cənub bölgəsindəki aqrar / ekoturizm xidmət təminatçılarına təlimlər keçirildi

Avropa İttifaqının maliyyə dəstəyi ilə Avrasiya Əməkdaşlıq Fondu və “Konstitusiya” Araşdırmalar Fondu tərəfindən həyata keçirilən “AgriVision” layihəsini çərçivəsində 2021-ci ilin iyul – avqust aylarında Lənkəran iqtisadi rayonunda fəaliyyət göstərən fermer və sahibkarlara  15 gün ərzində 6 fərqli mövzuda bacarıqların artırılmaası təlimlər keçirilib

Təlimlərin fermer və sahibkarların tələb və ehtiyaclarına uyğun olmasını təmin etmək üçün daha öncəki mərhələdə ekspert qiymətləndirmələri aparılıb. Xüsusən də aqro / ekoturizm xidmətlərinin özəl təminatçılarının təlim ehtiyacları müəyyən edilib. Ehtiyac olan sahələrə yerli təmanatçılar tərəfindən təqdim olunan qonaqlama və iaşə xidmətləri standartları, müştəri münasibətləri, marketinq, heyəti idarə etmək, strateji və maliyyə planlaşdırması və s. daxil idi. Bu qiymətləndirmələrə əsaslanaraq, AƏF bacarıqların artırılması fəaliyyətlərinin müfəssəl planını hazırladı, həmiçinin bacarıqların artırılması fəaliyyətlərini planlaşdırmaq və həyata keçirmək üçün müvafiq sahələrdən yerli mütəxəssisləri prosesə cəlb etdi.

Bu fəaliyyətlərin əsas hədəf qrupu, seçilmiş turizm məkanlarından olan konsorsiumun üzvləri idi. Bununla belə, AƏF  boş yer və kifayət qədər tələbat olduqda Lənkəran şəhərindən və qonşu cənub rayonlarından seçilmiş konsorsiumlara üzv olmayan aqrar və ekoturizm xidməti təminatçılarını bu tədbirlərə qoşulmağa dəvət etdi. 29 iyun 2021 il tarixdən başlamış 24 avqust 2021 il tarixinə dək davam etmiş təlimlərdə Lənkəran iqtisadi regionundan olan kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən və ən əsası aqro-turizmə marağı olan 111 nəfər sahibkar iştirak etmişdir. İştirakçılar təlimlər zamanı “Aqroturizm sahəsində biznes planın hazırlanması”, “Aqroturizm fəaliyyətinə necə başlamalı”, “Aqroturizm sahəsində marketinq, satış və kommunikasiya”, “Aqro turların təşkili və inkişafı”, “Kiçik bizneslər üçün maliyyə planı və hesabatlılığın təşkili” və “Kiçik aqroturizm məkanlarında səliqə və gigiyena standartları” mövzularında məlumatlara yiyələnmiş və əlavə tədris materiallar ilə təmin olunmuşdurlar.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button