Cəmiyyət

Cəlilabadda uşaq bağçası yanıb |

Cəlilabad rayonunda uşaq bağçasında yanğın olub.
“Report”un Muğan bürosunun məlumatına görə, hadisə rayonun Kazımabad kəndində qeydə alınıb.
Yanğının qarşısının alınması üçün hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri cəlb olunub. Yanğın söndürülüb.
Yanğın zamanı xəsarət alan olmasa da, uşaq bağçasına ciddi ziyan dəyib.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button