Cəmiyyət

Cəlilabadda ağır yol qəzası baş verib, xəsarət alanlar var

Cəlilabad rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
“Report”un məlumatına görə, hadisə rayonun Uzuntəpə kəndi ərazisində qeydə alınıb.
Belə ki, “VAZ 21010” və “VAZ 2107” markalı minik avtomobili toqquşub.
Qəza nəticəsində 5 nəfər xəsarət alıb. Yaralılar xəstəxanaya çatdırılıb.
Şahidlərin sözlərinə görə, hadisəyə səbəb “VAZ 2107” markalı avtomobilin qəfil olaraq “VAZ 21010″in önünə çıxması olub.
Faktla bağlı araşdırma aparılır.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button