Gündəm

Cəbhəçinin aclıq aksiyasına başladığı deyilir 

Yerli hüquq müdafiəçilərinin siyasi məhbus kimi tanıdığı Azərbaycan Zamin Salayevin  saxlanıldığı 17 saylı cəzaçəkmə müəssisəsində quru aclıq aksiyasına başladığı deyilir. 

Bu barədə “Müdafiə xətti” təşkilatının həmtəsisçisi Rüfət Səfərov məlumat verib. 

Onun sözlərinə görə, Z.Salayev aclığa bu gün, avqustun 4-dən başlayıb. “O bu gün zəng vurub bildirib ki, cəzaçəkmə müəssisəsində dustaqlara qarşı qeyri-insani davranışa, ağır şəraitə etiraz olaraq quru aclıq aksiyana başlayıb” deyə o vurğulayıb,  

Hüquq müdafiəçisi qeyd edib ki, Z.Salayevin səhhətində ciddi problemlər mövcuddur : “Onun ürək-damar sistemində problemlər var və aclıq onun vəziyyətinə mənfi təsir edə bilər”. 

Məsələ ilə bağlı Penitensiar Xidmətindən münasibət öyrənmək mümkün olmayıb. 

Amma bu qurum bir qayda olaraq məhbusların hüquqlarının pozulması ilə bağlı tənqidləri qəbul etmir.Qurumdan əvvəllər qeyd edilib ki, şikayəti olanlar Qaynar xətt xidmətinə müraciət edə bilər.Üstəlik, rəsmilər ölkədə siyasi məhbusların olması fikrini də qəbul etmirlər.  

Xatırlatma 

Salayev sosial şəbəkədə video yayaraq Həmzə Əzizovu qanunazidd və polis əməkdaşına yaraşmayan hərəkətlərdə günahlandırıb. Bundan sonra, Əzizov Salyan Rayon Məhkəməsində xüsusi ittiham qaydasında iddia qaldıraraq Salayevin Cinayət Məcəlləsinin 147-ci (böhtan) və 148-ci (təhqir) maddələri ilə cinayət məsuliyyətinə cəlb olunmasını istəyib. Məhkəmə polisin şikayətini təmin edib.

 

AZADLİQ.ORG

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button