İqtisadiyyat

BVF “Doing Business”ə görə Georgiyevanı vəzifəsindən kənarlaşdırmadı

Beynəlxalq Valyuta Fondunun (BVF) İcraiyyə Şurası “Doing Business” reytinq prosedurları çərçivəsində Fondun rəhbəri, Dünya Bankının keçmiş icraçı direktoru Kristalina Georgiyevaya dəstəyini bildirib.
“APA-Economics”in məlumatına görə, bu barədə BVF-nin açıqlamasında deyilir.
BVF “WilmerHale” hüquq şirkətinin auditorlarının materiallarında Georgiyevanın reytinq manipulyasiyasında iştirakına dair heç bir sübutun olmadığını bildirib.
“Təqdim olunan bütün sübutları araşdırdıqdan sonra, İcraiyyə Şurası icraçı direktora tam inandığını və ona həvalə edilmiş vəzifələri səmərəli şəkildə yerinə yetirə biləcəyini təsdiqləyir”, – açıqlamada deyilir.
Xatırladaq ki, Dünya Bankı metodoloji pozuntulara görə 2018-ci və 2020-ci illərdə reytinqlərdə qeyri-dəqiqliklər olduğunu əsas gətirərək, ötən il “Doing Business” reytinqinin nəşrini müvəqqəti, bu il isə tam dayandırıb. K. Georgiyevaya qarşı reytinqdəki bəzi ölkələrin, xüsusən də Çin, Səudiyyə Ərəbistanı, Azərbaycan və Birləşmiş Ərəb Əmirliklərinin mövqelərinin dəyişməsi ilə bağlı şübhələr ifadə edilmişdi.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button