İqtisadiyyat

BVF Azərbaycanın büdcə gəlirləri üzrə proqnozunu yaxşılaşdırıb

Beynəlxalq Valyuta Fondunun (BVF) yeni proqnozuna görə, bu il Azərbaycanın dövlət büdcəsinin gəlirlərinin həcmi ÜDM-in 34,3%-ini, 2022-ci ildə isə ÜDM-in 35,9%-ini təşkil edəcək.
“APA-Economics”in məlumatına görə, bu barədə BVF Orta Şərq və Mərkəzi Asiya regionu üzrə dərc etdiyi “Regional Economic Outlook” hesabatının oktyabr buraxılışında deyilir. Ötən aprel proqnozunda Fond büdcə gəlirlərinin ÜDM-in müvafiq olaraq 32,8%-ini və 34,6%-ini təşkil edəcəyini vəd edirdi.
Qeyd edək ki, Maliyyə Nazirliyinin bu ilin ilk doqquz ayı üzrə dərc etdiyi məlumata görə, Azərbaycanın dövlət büdcəsinin gəlirləri 17 872 mlrd. manat təşkil edib, bu da doqquz aylıq ÜDM-in 28,4%-ini təşkil edib.
Xatırladaq ki, 2020-ci ildə büdcə gəlirlərinin həcmi 24,679 mlrd. manat təşkil edib, bu da ÜDM-in 34%-inə bərabər olub.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button