İqtisadiyyat

BVF Azərbaycan üzrə inflyasiya proqnozunu açıqlayıb

Beynəlxalq Valyuta Fondunun (BVF) yenilənmiş proqnozuna əsasən, bu il Azərbaycanda istehlak qiymətləri illik 4,4% artacaq.
“APA-Economics”in fondun “World Economıc Outlook” hesabatının oktyabr buraxılışına istinadən verdiyi məlumata görə, 2022-ci ildə isə ortaillik inflyasiya 3,2% səviyyəsində gözlənilir.
Qeyd edək ki, Azərbaycan Mərkəzi Bankının faiz dəhlizinin parametrlərinə dair sonuncu sənədində ölkədə 2021-ci ildə inflyasiyanın 4±2% diapazonunda formalaşacağı deyilir.
Xatırladaq ki, 2020-ci ildə Azərbaycanda ortaillik inflyasiya 2,8% təşkil edib.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button