İqtisadiyyat

BVF Azərbaycan iqtisadiyyatı üzrə proqnozunu yüksəldib

Beynəlxalq Valyuta Fondunun (BVF) yenilənmiş proqnozuna əsasən, bu il Azərbaycan iqtisadiyyatı 3% artacaq.
“APA-Economics”in fondun “World Economıc Outlook” hesabatının oktyabr buraxılışına istinadən verdiyi məlumata görə, 2022-ci ildə isə 2,3%-lik artım gözlənilir.
Qeyd edək ki, BVF-nin aprel proqnozunda 2021-ci il üçün 2,3%-lik, 2022-ci il üçün isə 1,7%-lik böyümə vəd edilirdi.
Son məlumatlara gəldikdə, cari ilin ilk səkkiz ayında Azərbaycan iqtisadiyyatının artım tempi 3,6%-ə çatıb.
Xatırladaq ki, 2020-ci ildə ölkə iqtisadiyyatı 4,3% kiçilib.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button